2014-08-29 11:40

"Bəzi müğənnilər oxuyarkən dinləyici musiqidən zövq almaq bir yana qalsın, az qala dua edir ki, bircə mahnı bitsin"

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yalançı papaqçılıqdan.

Dahi Nizami Gəncəvinin bu fikirləri təkcə 12-ci əsrdə,yaxud həmin dövrdə deyil, müasir dövrümüzün özündə də özünü nümayiş etdirir. Sənətkar olmaq üçün ilk öncə həmin sənətin sirlərinə dərindən bələd olmaq vacibdir. Bu sənət nümunələrindən biri də müğənnilikdir. Müğənni dedikdə gözəl səsə malik olan,ifası zamanı qəlbləri fəth edən şəxs başa düşülür. Daha doğrusu belə başa düşülürdü. Rəşid Behbudov,Şövkət Ələkbərova, Bülbülün vaxtındaydı bu dediklərim. O vaxt müğənnidən tələb olunan gözəl səs və səhnə mədəniyyəti idi. Amma müasir zamanda səhnə üçün tələb olunan şərtlər dəyişib və ağırlaşdırılıb. İndi müğənni olmaq üçün əsas məsələ səs deyil. Səs ikinci plandadır. Müğənni olmaq üçün gündəmdə qalmaq vacibdir,bunun üçün ilk olaraq qalmaqal salmalısan. Daimi hər həftə televiziya ekranlarında yayımlanan şou biznes xəbərlərinin əsas rolunda olmaq vacibdir.

Təəssüflə qeyd etmək istəyirəm ki, səhnə mədəniyyəti anlayışi hal-hazırda təmamilə dəyişdirilib. Bəzi müğənnilərin soyunaraq buna mədəniyyət adı verməsi nə qədər mənasızdırsa, o qədər də gülüncdür. Avropalaşmaği hər bir müasir gənc kimi mən də təmamilə dəstəkləyirəm. Amma Avropalaşmaq heç də soyunub səhnəyə çixmaq deyil. Səhnə mədəniyyəti səslənən musiqini səhnədə atila-atıla,amma səsi olmadan oxumaq, dinləyicini yormaq deyil.

Təəssüf hissi ilə qeyd edə bilərəm, bəzi müğənnilər oxuyarkən dinləyici musiqidən zövq almaq bir yana qalsın,az qala dua edir ki, bircə mahnı bitsin. Təbii ki, sözüm Şou Biznesdə hər kəsə aid deyil. Həqiqətən çox gözəl səsə, yüksək dünyagörüşünə malik müğənnilərimiz də var.

Nizami Gəncəvinin sözlərini bəzi adı müğənni olan şəxslərə tutub bir də deyirəm:

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yalançı papaqçılıqdan.

Əbülfəz Kərimov

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı