2014-08-27 13:37

Sabah 40 dərəcə isti olacaq

Qızmar hava şəraiti sabah da davam edəcək.

LiderXeber.com informasiya agentliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, avqustun 29-da Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 34-38 dərəcə isti olacaq.

Havanın temperaturunun bəzi yerlərində 40 dərəcəyədək yüksələcəyi bildirilir.

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 34-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Sevinc Vəliyeva

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı