2014-08-21 16:38

Evdə dondurma necə hazırlanır ?

Evinizdə özünüzün hazırladığı və içərisində nə olduğunu bildiyiniz dondurmanın resepti…

Vəsaitlər:

- 1 su stəkanı toz şəkər

- 200 qram süd kremi

- 3 yumurta sarısı

- 3 çay qaşığı vanil

- 2 su stəkanı inək südü

Hazırlanışı:

Dondurma hazırlanmasında ilk olaraq südü bişirərək başlayın və bu əməliyyat içində mümkünsə polad bir qazan istifadə edin. Polad qazanınızın içərisində 2 su stəkanı inək südünü tökün və 3 şorba qaşığı vanili əlavə etdikdən sonra yaxşıca qarışdırın. Bütün vanil homogen bir şəkildə südün içərisinə qarışdıqdan sonra qazanınızın altını yandırın və süd qaynayana qədər qarışdıraraq qaynadın. Vanilli südünüz qaynamağa başladıqdan sonra altını kəsin və 1-2 dəqiqə zəif odda qarışdırmağa ara vermədən bişirmə əməliyyatına davam edin.

Südünüzü 1-2 dəqiqə zəif odda qarışdıraraq bişirdikdən sonra ocağın altını bağlanın və qazanı soyumağa buraxın. Təxminən 15-20 dəqiqə soyuyan südünüzü, tel süzgəcdən keçirərək dərincə bir kasanın içinə boşaldın. Südünüzün kifayət qədər soyuduğunu anlamaq üçün içərisinə barmağınızı batırın və əgər barmağınız istiliyə dözə bilirsə südünüz əməliyyat üçün hazır deməkdir.

"Ayrı bir kasanın içinə" 3 ədəd yumurtanın sarısını və 1 stəkan toz şəkəri əlavə edin və içinə 1 çay stəkanı ilıq süd tökün. Bu qarışığı mikserlə yaxşıca qarışdırın və bütün vəsait tamamilə bir-birinə qarışdıqdan sonra ilıq südə yavaş yavaş əlavə edin. Bu mərhələdən sonra dondurmanızı "benmari üsulu" bişirməyə başlayacaqsınız. Su dolu bir qazanın içinə oturtduğunuz qazanınızı zəif odda krem halını alana qədər davamlı qarışdıraraq bişirin. Südün qaynamadan çox yüngül odda öz halınıkonsistensiya almasıi lazım olduğunu unutmayın və davamlı olaraq qarışdırmağa davam edərək 15 dəqiqə qədər bişirin.

Son olaraq mikserlə çırpdığınız süd kremini də yavaş yavaş krem halı alan südünüzə qarışdıraraq tökün və bütün qarışıq otaq istiliyinə gələnə qədər gözlədin. Dondurmanızın üzərinin sürüşkən tutmaması üçün soyuma müddətində arada qarışdırmağıyaddan çıxarmayın. Dondurma otaq istiliyinə gəldiyində dondurucuya qoyun. Bu mərhələdən sonra hər yarım saatda bir dondurmanızı dondurucudan çıxardaraq mikser ilə qarışdırın. Bir neçə saat içərisində dondurmanız öz halını alacaq və yemək üçün hazır hala gələcək./qadinlar.biz/

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı