2014-08-14 10:01

Tarixdə bu gün - Bu günün tarixi

Tarixdə bu gün - Bu günün tarixi

1914 - I Dünya Müharibəsi başlanmışdır.

1930 – Sovet İttifaqının hökuməti ölkə ərazisində icbari ibtidai təhsil haqqında qərar qəbul edib. SSRİ Xalq Komissarları Sovetinin qərarına əsasən, 1930-1931-ci tədris ilindən etibarən 8-10 yaşında olan bütün uşaqlar məcburi qaydada ibtidai təhsilə (1-3-cü siniflər) cəlb edilməli idilər. Qərarda həmçinin şəhər və qəsəbələrdə 7-illik icbari (natamam orta) təhsil sisteminə keçid nəzərdə tutulmuşdu. Qərarın icrası Azərbaycanda da savadsızlığın ləğvi sahəsində mühüm mərhələ oldu.

1934 – Yazıçı, dramaturq, "Qızıl qələm” mükafatı laurеatı Şamil Xurşud oğlu Fərzəliyеv (Şamil Xurşud) anadan оlub.

1957 – Azərbaycanın dünyada məşhur olan muğam ustadı, xalq artisti Alim Qasımov dünyaya gəlib.

1960 - ingilis müğənni Sara Braytman anadan olub.

1963 - fransız aktrisa Emmanuel Bear dünyaya gəlib.

1987 - türk aktrisa Sinem Kobal anadan olub.

1989 – Bakıda Xalq Cəbhəsinin təşkilatçılığı ilə genişmiqyaslı mitinqlər və kütləvi tətillər başlanıb. Tətil və mitinqlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından etnik təmizlənməsinə etiraz olaraq keçirilirdi. Tətil dalğası təxminən iki ay davam etdi.

1990 - türk voleybolçu Naz Aydəmir anadan olub.

2002 – Naxçıvanda, Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında təkbətək görüş keçirilib.
Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı