2014-08-06 11:20

Ermənilərin yaraladığı 15 yaşlı qız danışdı - VİDEO

Ermənistanın kəşfiyyat-təxribat qruplarının Azərbaycan silahlı qüvvələrinin postlarına hücumları nəticəsində 13 şəhidimizi itirməklə yanaşı, erməni silahlı qüvvələrinin gülləsi mülki şəxsə də tuş gəlib.

LiderXeber.com informasiya agentliyinin məlumatına görə, Gədəbəyin Ermənistanla həmsərhəd kəndində 9-cu sinif şagirdi həyətdə oynayarkən erməni tərəfinin açdığı atəş nəticəsində yaralanıb.

Qoşunların təmas xəttində Gədəbəyin Şınıx bölgəsində ermənilərin açdığı atəş nəticəsində ayağından güllə yarası alan 15 yaşlı Şəlalə Tağıyeva xəstəxanadan evə buraxılıb.

Rayon mərkəzi xəstəxasından verilən məlumata görə, onun vəziyyəti yaxşıdır. Müalicəsi evdə davam etdirilir.
Ermənistanın kəşfiyyat-təxribat qruplarının Azərbaycan silahlı qüvvələrinin postlarına hücumları nəticəsində 13 şəhidimizi itirməklə yanaşı, erməni silahlı qüvvələrinin gülləsi mülki şəxsə də tuş gəlib.

 

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı