2014-08-05 09:44

BMT baş katibi Ermənistan və Azərbaycanı atəşkəsə riayət etməyə çağırıb

BMT baş katibi Pan Qi Mun Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb.

LiderXeber.com informasiya agentliyinin məlumatına görə, bu barədə təşkilatın rəsmi nümayəndəsinin yaydığı bəyanatda bildirilir.

"Pan Qi Mun bütün tərəfləri atəşkəs barədə sazişə hörmətlə yanaşmağa, zorakılıqdan çəkinməyə və gərginliyin dərhal aradan qaldırmağa, həmçinin, münaqişənin qısa zamanda və sülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırıb”, deyə sənəddə qeyd olunur.

Baş katib ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəklədiyini, münaqişə bölgəsində son günlər gərginliyin artması ilə əlaqədar narahatlığı bölüşdüyünü ifadə edib.
Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı