2014-08-02 15:36

Allah səbr verməsin!

Bu gün nankor, nadan erməni silahlıları hələ də işğalda olan 20 faiz torpaqlarımızda at oynadır. Gah Şuşada, gah Xankəndində konsert verir, gah da hansı oyunlardan çıxmırlar. Bu azmış kimi, hələ iddia edirlər ki, torpaqlar onlarındır. Təbii ki, edəcəklər. Artıq 22 ildir ki, öz doğma torpaqlarımıza həsrət qalmışıq. Bizim başımızı isə görün nə ilə aldadırlar - ay nə bilim ATƏT-in Minsk Qrupu belə gəldi, ay nə bilim filan ölkədə Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır, daha nələr, nələr. Elə hey danışanda da deyirik ki, "Lazım gələrsə, torpaqlarımızı azad etməyə qadirik”. Ay balam, necə yani lazım gələrsə?! Məgər yadınızdan çıxıb ki, torpaqlarımız işğal olunmasından 22 il keçib, 22 il zarafat deyil, atalar demiş: "Bir igidin ömrüdür”. Son zamanlar isə durmadan verdiyimiz şəhidlərin sayını da az qala itiririk. Əgər belə getsə, əminəm ki, yağı düşmən bizim evimizə qədər gəlib çıxacaq. Ona görə də dua edin: Allah səbr verməsin! Bəlkə onda deyək: "Ya Qarabağ, ya ölüm, başqa yol yox artıq”.

Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı