2014-08-02 13:40

Novxanı yolunda istirahət mərkəzlərinin qarşısında at ölüsü - Video Reportaj

Dünən Sumqayıt-Novxanı yolunda Amore otelinin yanında at ölüsü aşkarlayıb.

LiderXeber.com informasiya agentliyinin əməkdaşları hadisə yerində olub. Heyvan artıq bir neçə saat yolun kənarında qalmasına baxmayaraq ərazidən götürülməsi üçün hələ də lazımi tədbirlər görülmədi. Biz isə dərhal DİN-in "102” xidmətinə hadisə ilə bağlı məlumat verdik. Bundan sonra əraziyə Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb olundu. Lakin onlar da əraziyə baxış keçirib ordan uzaqlaşdılar. Biz isə bir neçə saatdan sonra yenidən at ölüsü olan əraziyə gəldik, lakin heyvan leşi hələ də orda idi.

Ətraflı növbəti Video Reportajda:

 

P.S.Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Səbuhi Vaqifoğlu

Bəxtiyar Əhmədov

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı