2014-02-01 07:40

Ana sözünün mənasını bilirsinizmi?

Bəzən gözlər elə kəlmələr deyir ki, dil onları tələffüz belə edə bilmir. Bəzən birini çox sevirsən, bəzən isə itirirsən. Təəssüflər olsun ki, sənin üçün dəyərli olan biri sonradan sənə ən böyük zərbəni endirir. Yenə də həmin şəxs sənin üçün özündən belə dəyərli olaraq qalır. Siz heç sevdiyiniz şəxsi sonsuzadək itirməyin nə demək olduğunu bilirsinizmi? Mən bilirəm. Bu elə bir acıdır ki, onu ifadə etmək mümkün deyil. Ona deyə bilmədiyim, ürəyimdə yığılıb qalan sözlərim çoxdur. Onun mənim üçün dəyərli olduğunu deyə bilmədim.Təəssüflər olsun ki, həmin acını yenidən yaşayıram. Ən çox sevdiyim insandan sonra indi də dünyalar qədər istədiyim mənim üçün canımdan belə əziz olan Anam... Ana sözünün mənasını bilirsinizmi? Gözümün qabağında Anam hər gün şam kimi əriyir, bunun bir övlad üçün nə demək olduğunu bilirsiniz? Bir gün Anamın olmayacağını ağlıma belə gətirə bilmirəm. Məncə, bu hər bir övlad üçün ən böyük zərbədir. Valideyin sevgisi hər kəsə - böyüyə də, kiçiyə də lazımdır. Allah bizləri valideyinlərsiz etməsin.Həzrəti Peyğəmbərimizin (s.ə.v.s) "Cənnət anaların ayaqları altındadır” kəlamı ilə tamamilə razıyam. Bəli, həyatda bizə hamıdan çox dayaq olan, hamıdan çox yaxın olan və hamıdan çox güvənə biləcəyimiz yeganə insan anamızdır. Bizi 9 ay bətnində əziyyətli bir halda gəzdirib, əziyyətli bir halda dünyaya gətirən anamız bizim üçün çox dəyərli bir məxluqdur. Belə bir halda cənnət analar üçün bəlkə də açıq ola bilər. Ana bu dünyada ən gözəl varlıqdır çalışaq Analarımızın qədrini bilək…

Gülnarə Savalanqızı

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı