2014-07-16 09:19

Rusiyanın paytaxtında metro qəzası ilə əlaqədar matəm elan olundu

Moskvada metro qəzası ilə əlaqədar matəm elan olundu.

LiderXeber.com informaisya agentliyinin xarici mətbuata istinadən verdiyi xəbərə görə, iyulun 15-də baş vermiş faciə 79 illik Moskva metropoliteni tarixində ən irimiqyaslısıdır.

Son məlumatlara əsasən, qəza nəticəsində 22 nəfər ölüb, 129 nəfər xəsarət alıb.

Paytaxt sakinlərindən başqa Rusiyanın 12 regionunun sakini və 5 əcnəbi zərər çəkib, 2 xarici vətəndaşı ölüb.

Matəm günü ilə əlaqədar iyulun 16-da Moskvada dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər təxirə salınacaq.

Səbuhi  Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı