2017-07-17 12:15

Dollar rubla nisbətdə ucuzlaşdı

Dolların məzənnəsində dəyişiklik olub.

Moskva birjasında dolların məzənnəsi 13 kopek ucuzlaşıb. 

LiderXeber.az xəbər verir ki, hazırda 1 dollar 58,96 rubl təşkil edir. 
Avro isə rubla nisbətdə 67,76 rubl olub. 

Rusiya İctimai Tədqiqat Araşdırma Mərkəzinin bir müddət əvvəl açıqladığı sorğunun nəticələrinə görə, bir ildən sonra rubl/dollar məzənnəsi 64 rubl olacaq. 

Rusların 58 faizi valyuta ilə yığım səbətinə dəyişiklik etməyə hazırlaşır. Qeyd edək ki, ilin əvvəlində bu nisbət 47 faiz idi. /oxu.az/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı