2017-07-17 10:30

Allah nə zaman mömini siddiqlərin cərgəsinə yazar?

Nemətlərimə şükür et və qəzalarıma razı ol.

İmam Sadiq (ə) nəql edir: "Allah Həzrət Musaya (ə) vəhy edir: "Ey Musa! Mən Özüm üçün mömin bəndədən ən sevimlisini xəlq etməmişəm. Mən onu, onun üçün xeyir olan işlərlə imtahana çəkərəm və onun üçün isə hər nə xeyirdir, ehtiyat toplayaram.

LiderXeber.az bildirir ki, (Yəni, Mən imtahan vasitəsilə onun üçün xeyir vücuda gətirərəm və həm də onun bütün xeyir işlərini onun üçün saxlayaram ki, Qiyamət günü onların mükafatını verim).
 
Mən bəndəmin xeyirinə olan işlərə ondan daha aliməm. Ona görə də Mənim bəlalarıma səbir et (çünki sənin üçün xeyirdir). Nemətlərimə şükür et və qəzalarıma razı ol.
 
O zaman ki, mömin bəndəm bu işləri görər, Mənim rizam üçün əməl edər və əmrimə itaət edər – onu siddiqlərdən yazaram””. (Həvzəh)
 
Allah Təala bizlərə bu məqamı dərk etməyi nəsib etsin./Deyerler.org/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı