2017-07-17 09:46

Bakıda təcili tibbi yardım maşını yanıb - VİDEO

Bakıda təcili tibbi yardım avtomobili yanıb külə döndü

Bakının Sabunçu rayonunda təcili tibbi yardım avtomobili yanıb.

LiderXeber.az-ın report-a istinadən verdiyi məlumata görə, hadisə 3 saylı xəstəxanaya yaxın ərazidə baş verib.

Yanğın başlayan zaman avtomobilin içində xəstə və həkimlər olublar. Onlar vaxtında avtomobili tərk edə biliblər və heç bir xəsarət almayıblar.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Yanan avtomobilin 12 saylı yarımstansiyaya məxsus olduğu bildirilir.



Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı