2017-07-15 10:17

Türkiyədə qiyam cəhdindən 1 il ötür

Türkiyədə hərbi çevrilişə cəhddən bir il ötür.

Türkiyədə hərbi çevrilişə cəhddən bir il ötür.

LiderXeber.az-ın məlumatına görə, 2016-cı il iyulun 15-də özünü "Yurdda Sülh Konseyi” adlandıran bir qrup şəxs Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan edib.

Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Bu məqsədlə ilk növbədə Ankarada polis akademiyası partladılıb. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olunub. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alınıb. Türkiyə Böyük Millət Məclisi atəşə tutulub.

Həmin gecə baş verən toqquşmalarda 300-dən çox hərbçi və mülki şəxs ölüb, 15 400 nəfər yaralanıb.
İndiyədək bu iş üzrə 170 min nəfərədək şübhəli şəxs qismində saxlanılıb. Onlardan təxminən 50 min nəfər barədə həbs qətimkan tədbiri seçilib. Bəzilərinin məhkəmə prosesi başlayıb.

FETÖ terror təşkilatının ABŞ-da olan başçısı Fətullah Gülənin həbsi və ekstradisiyası üçün həmin ölkəyə müraciət olunub.

Ötən il iyulun 16-da Türkiyədə elan olunmuş fövqəladə hal vəziyyətinin müddəti bir neçə dəfə uzadılıb. Hazırda ölkədə fövqəladə vəziyyət davam edir. 

Qeyd edək ki, Türkiyənin bütün vilayətlərində 15 iyul-hərbi çevrilişə cəhdin qarşının alınmasının ildönümü ilə bağlı tədbirlər keçirilir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı