2017-07-13 14:28

Prezident İlham Əliyev ona “Şöhrət” ordeni verdi

Süleyman İsmayılov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Süleyman Abbas oğlu İsmayılovu "Şöhrət” ordeni ilə təltif edib.

LiderXeber.az xəbər verir ki, dövlət başçısı S.İsmayılovu dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırıb. 

Qeyd edək ki, Süleyman İsmayılov Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviridir. 

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı