2017-07-13 10:04

Sosial mənzillər nə vaxtdan satışa çıxarılacaq? - VİDEO

Sosial mənzillərdən bəziləri bu ilin sonunda satışa çıxarılacaq.

Sosial mənzillərdən bəziləri bu ilin sonunda satışa çıxarılacaq.

LiderXeber.az Xezerxeber.az-a istinadən məlumat verir ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli kateqoriya üçün inşa edilən "Yasamal Yaşayış Kompleksi”ndə tikinti işləri sürətlə davam etdirilir.

İlk doqquz mərtəbəli yaşayış binasında və üç mərtəbəli, 960 yerlik ümumtəhsil məktəbində son tamamlama işləri gedir.

Agentliyin mətbuat katibi Diana Dadaşovanın sözlərinə görə, satış haqda elan verildikdən sonra müraciəti təsdiqlənmiş vətəndaşlar elektron kabinetlərinə daxil olaraq mənzillər barədə ətraflı məlumat ala və istədikləri mənzili seçə biləcəklər. Satışa ümumilikdə 1843 mənzil çıxarılacaq. Daha tez müraciət edən vətəndaşlar buradan mənzil əldə edə biləcəklər. Digər vətəndaşlar isə növbəti mərhələni gözləməli olacaqlar.

İlk dəfə olaraq sosial evlərin tikintisinə investor olaraq tikinti şirkəti də cəlb edilib.

Həmin 3 binadan biri Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və güzəştli şərtlərlə satılacaq. Digər 2 binanı isə tikinti şirkəti özü istədiyi şərtlərlə, istədiyi şəxsə sata biləcək.



Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı