2017-07-12 09:46

“Qarabağ” Gürcüstan çempionunu darmadağın etdi - VİDEO

“Qarabağ” Gürcüstan klubunu meydana çıxmağa peşman etdi

Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşıb.

LiderXeber.az xəbər verir ki, görüş "Qarabağ" klubunun 5:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Oyunun 10-cu dəqiqəsində ağdamlıların oyunucusu Əfran İsmayılov penaltini qola çevirib. Oyunun 37 və 45-ci (pen.) dəqiqələrində "Qarabağ"ın hücumçusu Dino Ndlovu dubl edib.

83-cü dəqiqədə Wilde-Donald Guerrier komandasının 4-cü qolunu vurub - 4:0. Oyunda son nöqtəni 90-cı dəqiqədə Miçel qoyub - 5:0.



Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı