2017-07-11 15:12

Azərbaycanda beş yeni peşə məktəbi açılır: Qəbul bu ildən başlanır

Regionlarda turizm sahəsində kadr çatışmazlığı bu sahə inkişaf etdikcə özünü daha çox büruzə verir.

Regionlarda turizm sahəsində kadr çatışmazlığı  bu sahə inkişaf etdikcə özünü daha çox büruzə verir. Turizmin inkişaf etdiyi bölgələrdə yeni mehmanxanaların, turizm obyektlərinin fəaliyyətə başlaması kadrlara tələbatı artırır. Bölgələrdə turizm obyektlərində kadr çatışmazlığı müxtəlif səpkidə olsa da, ən böyük çatışmazlıq məhz həmin bölgələrdən olan ixtisaslı kadrlardadır. 

LiderXeber.az akademik.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru vəzifəsini icra edən Eldar Aslanov bildirib.

Onun sözlərinə görə, artıq yaxın illərdə regionlarda turizm sektoru ilə bağlı kadr çatışmazlığı aradan qalxacaq və bu ildən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdində Qusarda "Şahdağ” Turizm Mərkəzində Şahdağ Regional Turizm Peşə Məktəbi yaradılacaq.

E.Aslanov bildirib ki, bu məsələ Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.

 E. Aslanovun sözlərinə görə, Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində 2020-ci ilədək 5 belə peşə məktəbinin fəaliyyəti nəzərdə tutulub.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı