2014-07-04 09:00

Füzuli Dövlət Dram Teatrının qocaman aktyoru Vaqif Rəhimov 70 yaşını qeyd edir - Video Reportaj

Unudulmaz sənətkar ömrünün 55 ilini teatr sənətinə qurban verib.

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünya görüşü ilə bağlıdır. Ölkəmizin mədəniyyət sahəsində teatr sənəti özünəməxsuslluğu ilə seçilir. Bu sənət hər zaman, dahilər, unudulmaz sənətkarlar yetişdirib. Bu ənələri özündə qoruyub saxlayan teatrlardan biri Füzuli Dövlət Dram Teatrıdır.

LiderXeber.com informasiya agentliyi ömrünün 55 ilini teatr sənətinə həsr etmiş və Füzuli Dövlət Dram Teatrı ilk açılan vaxtdan burda çalışan qocaman aktyor Vaqif Rəhimovla bağlı hazırladığı Video Reportajı sizlərə təqdim edir:.

 

Rəhimov Vaqif Çərkəz oğlu 1 iyul 1944-cü ildə Füzuli rayonunda anadan olub. İbtidai təhsilini 1951-ci ildə Füzuli Rayon Xurşudbanu Natəvan adına orta məktəbdə başlamış və 1958-ci ildə həmin məktəbi bitirmişdir. 1964-1967-ci illərdə Qazaxıstanda hərbi xidmət keçmişdir. 1963-cü ildə Xalq teatrı açılandan fəaliyyətini orda başlamışdır.

Bu müddət ərzində Mürşüd Həşimli, Səfər İbrahimov, Adışirin Əliyev, Mələksima Həsənova, Ağabala Abdullayev, Abdulla Abdullayev, Allahyar Əliyev, Tofiqə Məmmədova, Arif Məmmədov, Asif Şirinov, Vaqif Vəliyev və s kimi unudulmaz sənətkarlarla çiyin-çiyin çalışıb.

1990-cı ildən Füzuli DDT-da işləyir. İşlədiyi müddətdə V. Şukşin " Diribaş adamlar”da Yekə qarın, R. Səməndər " Gəlməyin, görməyin, gülməyin”də Əli, A.Səfərli " Fantan ərə gedir” də Ləngizadə, S.S.Axundov " Eşq və intiqam” da Şahbaz bəy, C. Məmmədov " Sevməyə vətən yaxşı” da Şərxan, S. Rəhman " Toy” da Dəmirçi Musa, N.Gəncəli " Niyə dirilmisən”də Əli Sarıyeviç, L.Rəşidzadə " Toya bir gün qalmış” da Qulam, C.Məmmədov " Günəş zindanda” Aslan bəy, H.Əsgərxanov "Pristav Həsənalı bəy” də Pristav, M.F.Axundov "Hacı Qara” da Hacı Qara, Q.Rəsulov " Məhəbbət oyunu”nda Daşdəmirov, S.Dağlı "Oyun bitdi”də Murğuzov, S.S.Axundov "Tamahkar”da Hacı Murad, "Şahsənəm və Gülpəri”də Qafar, S.S.Axundov " Bəndalı bəndə düşüb”də Həsən, İ.Məlikzadə " Subaylarınızdan görəsiniz”də Əlipaşa, A.Səfərli " Qarabağım qan ağlar” da Murad, M.S.Ordubadi " 5 manatlıq gəlin”də Kəblə Hüseynəli, Y.Əzimzadə "Nəsrəddin”də Qazı, H.Mirələmov " Vicdanın hökmü”ndə Aslan həkim, Ş.Tofiqqızı "Taleyin bir üzü” Teyyub müəllim və s.tamaşalarda müxtəlif obrazlar yaratmışdır.

Teatrda səhnə ustası olmaqla bərabər həm də quruluşçu rejissor kimi fəaliyyət göstərir. O, Q.Rəsulov "Məhəbbət oyunu”, S.Dağlı "Oyun bitdi”, Ə.Əmirlinin "Onun iki qabırğası”, Y.Əzimzadə "Nəsrəddin”, Ə.Haqverdiyev "Dağılan tifaq”, S.Rüstəm " Gəldi-gedər” və s. tamaşalara da quruluş vermişdi.Həmçinin "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur.

Səbuhi Vaqifoğlu

Aynur Məmmədova

Əli Hüseynov

LiderXeber.com



SON XƏBƏRLƏR


Yuxarı