2017-06-30 10:18

İŞİD liderinin ölü fotoları yayıldı - FOTO

Bağdadinin ölüm görüntüləri yayıldı

İran televiziyası cümə axşamı, iyunun 29-da, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin ölümünü təsdiqləyən fotoları dərc edib.

LiderXeber.az-ın TASS-a istinadən məlumatına görə, "Daily Mail” nəşri iyunun 11-də Əl-Bağdadinin Rakkaya endirilən hava zərbələri nəticəsində öldürüldüyünü bildirib. 

Bundan əlavə, iyunun ortalarında Rusiya Müdafiə Nazirliyi və İran İslam İnqilabının Keşikçiləri Korpusu da İŞİD liderinin məhv edilməsinə dair məlumat yaymışdılar.



Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı