2017-06-29 11:27

Futbol oyununda nadir hallardan biri baş verib - FOTO

Portuqaliya - Çili oyununda ilkə imza atılıb.

Konfederasiyalar kubokunun yarımfinal mərhələsində Portuqaliya - Çili oyununda ilkə imza atılıb.

LiderXeber.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, ilk dəfə sözügedən matçda milli komandaların rəsmi oyununda dördüncü əvəzetmə olub. Görüşün 116-cı dəqiqəsində Portuqaliya yığması Andre Qomeşi Jelson Martinşlə əvəzləyib. Bununla da komanda dördüncü əvəzetməsini reallaşdırıb.

Qeyd edək ki, Çili Portuqaliyanı penaltilər seriyasında 3:0 hesabı ilə məğlub edərək (əsas və əlavə vaxt: 0:0) finala yüksəlib.

Xatırladaq ki, FİFA böyük turnirlərin pley-off mərhələsində əlavə vaxtda dördüncü əvəzetmənin keçirilməsinə icazə verib. Bu praktika daha əvvəl İngiltərə və Almaniya kuboklarında sınaqdan keçirilib.





Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı