2017-05-23 11:25

Gömrük Komitəsi görüntü yaydı: valyutanı… - VİDEO

DGK hadisəni əks etdirən video da yayıb.

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

LiderXeber.az xəbər verir ki, bu sözlər Dövlət Gömrük Komitəsinin açıqlamasında əksini tapıb. Komitədən bildirilib ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Faktla bağli ətrafli məlumat veriləcək.

Qeyd edək ki, DGK hadisəni əks etdirən video da yayıb.



Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı