2017-04-28 12:34

Füzuli DDT-ı Kürdəmir rayonunda qastrol səfərində olub - FOTO

Teatr kollektivi Kürdəmir rayonuna səfər edib.

Füzuli Dövlət Dram Teatrı Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı və bilavasitə dəstəyi ilə Kürdəmir rayonunda qastrol səfərində olub.

Teatrın mətbuat xidmətindən LiderXeber.az-a verilən məlumata görə, teatr repertuarında olan Şıxəli Qurbanovun "Olmadı elə, oldu belə” komediyasını Kürdəmir Rayon Mədəniyyət Mərkəzində teatrsevərlərə təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Əli Hüseynov, Asif Şirinov,Sehran Xanlarov, Sevinc Məmmədova, Elşən Gözəlov, Elçin Məmmədov və başqaları çıxış edir.

Tamaşa rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Sonda tamaşa haqqında xoş təəssüratlar söylənilib və aktyorlara tamaşaçılar tərəfindən gül-çiçək dəstələri təqdim olunub.

Məlumat üçün bildirək ki, Füzuli Dövlət Dram Teatrının Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə yaxın günlərdə İmişli, Xocavənd və Beyləqan rayonlarına qastrol səfəri gözlənilir.







SON XƏBƏRLƏR


Yuxarı