2017-04-21 14:47

ATV-nin efirində biabırçılıq: onu ələ saldılar - VİDEO

ATV-nin efirində biabırçılıq

ATV kanalında böyük bir biabırçılıq yaşanıb.

LiderXeber.az-ın məlumatına görə, "İdeya qazandı” layihəsinə qatılan gənc münsiflər heyəti tərəfindən məsxərəyə qoyulub.

Verilişdə öz layihəsini təqdim edən gəncin gülüş hədəfinə çevrilməsinin əsas səbəbi dilinin qüsurlu olması olub.

Kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası da onların gülüşünə səbəb olub.

Dili qüsurlu olduğundan gənc layihəsi haqqında məlumat verərkən çətinlik çəkib. Bundan başqa, onun təqdim etdiyi layihə münsiflər tərəfindən tamamilə mənasız hesab olunub. Münsiflərdən biri, hətta əlindəki vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər.

Gözləmədiyi reaksiya ilə üzləşən zavallı gənc özünü itirib və münsiflərin suallarını cavablandırmaqda çətinlik çəkib. /oxu.az/



Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı