2014-05-26 10:00

Qala qoruğunda sərgi keçiriləcək

Qala qoruğunda III beynəlxalq "Tullantıdan sənətə” sərgisi keçiriləcək.

LiderXeber.com informasiya agentliyinin "Azərtac"a istinadən məlumatına görə, mayın 30-dan iyunun 3-dək "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və "Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə III beynəlxalq "Tullantıdan sənətə” sərgisi keçiriləcək.

Sərginin əsasməqsədi insanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Sərgidə iştirakçılar ən bəsitvə lazımsız materiallardan - metal, kağız, plastik kütlə, rezin məmulatlar və müxtəlif məişət tullantılarından istifadə etməklə maraqlı və ibrətamiz əsərlər yaradırlar.

Beynəlxalq sərgidə Azərbaycan ilə yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland,Kuba, Kolumbiya, Yaponiya, Avstraliya və Çex Respublikasından incəsənət nümayəndələri iştirak edəcək.

Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı