2014-05-21 16:47

Qarğıdalı salatının hazırlanması qaydası

LiderXeber.com informasiya agentliyi olaraq Qarğıdalı salatının hazırlanma qaydasını sizlərə təqdim edirik:

3 əd. yerkökü
3 əd. yumurta
100 qr konservləşdirilmiş qarğıdalı
100 qr qara kişmiş
100 qr qoz
150 qr mayonez

Hazırlanma qaydası: Qarğıdalını əvvəlcədən aşsüzəndən süzmək lazımdır ki, suyu tam çəkilsin. Yerkökü və yumurtanı bişirib, soyub sonra xırda-xırda doğrayıb, kişmiş, qoz, duz, istiot əlavə edib qarışdırıb ən sonda mayonezi qatıb bir az soyuducuda saxlamaq lazımdır.

Günay Cəfərova

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı