2017-03-10 10:52

Birinci vitse-prezidentdən ilk müşavirədə Bakı merinə sual - VİDEO

Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

LiderXeber.az "Azərbaycan 24”-ə istinadən xəbər verir ki, müşavirənin gedişində Mehriban Əliyeva Bakı merinə nə qədər qaçqın və köçkünün qəzalı vəziyyətdə yaşamasına dair sual ünvanlayıb. Müşavirədən həmin fraqmentin videoyazısını təqdim edirik.



Günay Cəfərova

LiderXeber.az


SON XƏBƏRLƏR


Yuxarı