2017-03-10 10:35

Bakıda mağazalarda satılan südün şok görüntüsü - VİDEO

Südün qaynadılarkən formasını dəyişməsi təşvişə səbəb olub.

Süd qaynadılarkən o qədər qatılaşıb ki, qarışdırmaq mümkün deyil. Üzərində sanki saqqız formasında təbəqə formalaşan bu südün görüntüləri bir neçə gündür sosial şəbəkələrdə paylaşılıb və böyük maraqa səbəb olub.

LiderXeber.az məlumat verir ki, bu görüntülər hazırda satışda olan südlərin içinə kimyəvi maddələr qatılması şübhəsini artırır.

Respublika Gigiyenə və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, həmin südün tərkibi araşdırılmadığı və görüntülərin hansı şəraitdə çəkildiyi bilinmədiyindən südün nə üçün həmin formaya düşdyünü demək mümkün deyil.

Vətəndaşlar bu kimi hallarla qarşılaşdıqda mərkəzin qaynar xəttinə- 012 421 13 93- müraciət edə və həmin südün nümunəsini labaratoriyadan keçirə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı