2017-01-28 14:15

Sumqayıt sakini yeni təzyiqölçmə üsulu icad edib - VİDEO

76 yaşlı Zəkirə Əliyeva qan təzyiqini müasir aparatlarla deyil, özünün icad etdiyi üsulla yoxlayır.

Bəzən tam sağlam insanlarda belə təzyiq tez-tez səbəbsiz olaraq qalxır. Belə insanlar həkimlərə müraciət edir, müayinələrdən keçir. 

LiderXeber.az xəbər verir ki, ilkin olaraq özümüzü narahat hiss edəndə, qan təzyiqimizin qaydasında olmadığını düşünürüksə, bu zaman təzyiq ölçən cihazlardan istifadə edirik. Amma Sumqayıt şəhərində yaşayan 76 yaşlı Zəkirə Əliyeva qan təzyiqini müasir aparatlarla deyil, özünün icad etdiyi üsulla yoxlayır.


54 il tibb bacısı çalışan və hazırda təqaüddə olan Zəkirə xanım deyir ki, keçmiş Sovet dönəmində müasir aparatlar çox az adamın evində var idi. Məhz buna görə də o, fərqli üsulun icadını zəruri hesab edib.

Xətkeş qola açıq şəkildə, başlanğıc hissəsi biləyə, sonu isə qatlanan yerə düşmək şərti ilə qoyulur. Bu prosedur həyata keçirildikdən sonra yalnız qaşları olmayan qızıl üzük sapa keçirilir və xətkeşin sonundan başlayaraq yavaş şəkildə biləyə doğru hərəkət etdirilir.

Zəkirə xala bildirir ki, onun yanına qohumlardan, qonşulardan, yaxınlarından bu üsulla təzyiq ölçdürməyə tez-tez gəlirlər. O, iddia edir ki, bu üsulla təzyiqölçməni daha dəqiq hesab edirlər.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı