2017-01-21 20:43

Vergilər Nazirliyi Sumqayıt şəhərində sahibkarlarla görüş keçirib - VİDEO

Vergilər Nazirliyi regionlarda çalışan sahibkarlarla görüşlərə başlayıb.

Vergilər Nazirliyi regionlarda çalışan sahibkarlarla görüşlərə başlayıb.

LiderXeber.az xəbər verir ki, növbəti görüş bu gün Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə düşən Sumqayıt şəhərinin Abşeron, Xızı və Siyəzən rayonlarının sahibkarları ilə keçirilib.

Görüşdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bu il Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklərin edildiyini bildirib.

O, ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu qanun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında əlavə vəsaitlərin qalmasına, sahibkarlığın inkişafının stimullaşdırılmasına və daha əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir. O, müəyyən edilmiş şərtlər daxilində silinmələrin nəzərdə tutulduğunu bildirib, sahibkarları bu qanunun yaratdığı imkanlardan maksimum yararlanmağa çağırıb.

Çıxış edən Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərin ətraflı izahını verib, bu dəyişikliklərin mahiyyəti və qanunun tətbiqi ilə bağlı məsələlər barədə vergi ödəyicilərini məlumatlandırıblar.

Sonda vergi ödəyicilərinin sualları cavablandırılıb.


Səbuhi Vaqifoğlu

Əzim Uğur

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı