2017-01-13 11:19

Banklar krediti müştəriyə nağd formada verməyəcək - VİDEO

Banklar krediti müştəriyə nağd formada verməyəcək.

Banklar krediti müştəriyə nağd formada verməyəcək.

LiderXeber.az məlumat verir ki, kredit məbləği müştərinin adına olan hər hansı bank hesabına köçürüləcək.

Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin baş direktor müavini Nicat İmanovun sözlərinə görə, bu, "nağdsız hesablaşmalar haqqında" qanunda öz əksini tapır.

Kredit məbləğinin hansı hesaba köçürülməsi müştəri ilə bank arasında tənzimlənəcək. Kredit məbləğinin nağdlaşdırılması zamanı hüquqi şəxslər və fərdi sahibkarlar 1%-lik vergi ödəməli olacaqlar.

Nağdsız hesablaşmaların xüsusilə də kreditləşmə zamanı yaranmış mübahisələrin həlli olacağı gözlənilir.

Başqa sözlə, bank işçisi ilə müştəri arasında proses daha şəffaf olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı