2017-01-12 14:45

Prezident baş naziri istefaya göndərir

Sarkisyan təzə baş naziri istefaya göndərir

Ermənistan Prezidenti Sarj Sərkisyan Baş naziri Karen Karapetyanın fəaliyyətindən narazıdır.

LiderXeber.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın "Jamanak” qəzeti yayıb. Qəzet Sarkisyanın bu ifadəni dekabrın 29-da özünün yaxın ətrafında işlətdiyini bildirib:

"Sarkisyan daha sonra Karapetyanı baş nazir təyin etməsini özünün ən böyük səhvi adlandırıb. Bundan sonra Sarkisyan Karen Karenpetyana Ermənistan ərazisində növbəti beş il ərzində fasiləsiz yaşaması ilə bağlı ərizənin verilməməsi məsələsinin aktuallaşdırılmasını tələb edib. Üstəlik, Sarkisyan bütün vasitələrlə Karapetyanın hakim Respublika Partiyasının proporsional namizədlər siyahısına düşməsinə və deputat olmasına izn vermək istəmir”.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkisi aprelin 2-də keçiriləcək. Bu seçkidən dərhal sonra Ermənistan tam olaraq parlamentli idarə üsuluna keçəcək. Beləliklə, baş nazirin səlahiyyətləri prezidentdən daha çox olacaq. Konstitusiyanı dəyişdirməyə nail olan Sarkisyan baş nazir olmaq istəyir və buna görə də öz yolundakı bütün rəqibləri təmizləyir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı