2017-01-12 12:14

Türkiyədə ev alan əcnəbilərə vətəndaşlıq veriləcək

Türkiyədə ev alanlara vətəndaşlıq veriləcək

Türkiyədə ən azı 1 milyon dollar dəyərində daşınmaz əmlak alan şəxslərə vətəndaşlıq veriləcək.

LiderXeber.az xəbər verir ki, "Rəsmi qəzet”in son sayında vətəndaşlığa qəbula edilən dəyişikliklər belə sıralanıb:

- Ən azı 1 milyon dollar dəyərində daşınmaz əmlakı 3 il satmamaq şərtilə satın alan,

- Ən azı 2 milyon dollar dəyərində sərmayə yatıran,

- Ən azı 3 milyon dollar dəyərində 3 il bankda qalmaq şərtilə hesab açan şəxslərə vətəndaşlıq veriləcək.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı