2017-01-12 10:13

Şəmkirdə 3 otaqlı ev yandı: Ölən var

Şəmkir rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Şəmkir rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən LiderXeber.az-a verilən xəbərdə bildirilir ki, Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı 1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08.04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı