2017-01-10 15:27

Prezident İlham Əliyevdən əhaliyə şad xəbər - VİDEO

"Yeni iş yerləri açılacaq,maaşlar artacaq"

"Böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yeri açılıb. Ötən il sosial məsələlərin həlli yenə diqqət mərkəzində olub. Maaşlar 7, pensiyalar 8% artıb və yenə də artmalıdır".
 
LiderXeber.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
 
Dövlət başçısı deyib ki, kommunal xidmətlərin differisionallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb: "Biz bu çətin, böhranlı şəraitdən şərəfli çıxa bildik və artıq görülmüş işlər, bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyatımız dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək. Əminəm ki, dediyimi bütün hədəflərə çatacağıq".


Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı