2017-01-10 13:10

Bu il Həccə gedənlərin sayı artacaq

Səudiyyə Ərəbistanı rəhbərliyi bu il Həcc ziyarətinə gedəcək zəvvarların sayını artırmaq niyyətindədir. Zəvvar sayının əlavə 800 min artırılaraq 2,6 milyona qədər çatdırılması planlaşdırılır.

LiderXeber.az-ın istipress-ə istinadla verdiyi məlumatına görə, bu barədə ölkənin mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tarifi məlumat verib.

Həcc işləri üzrə nazirlikdən verilən məlumatda qeyd edilir ki, bu il onlar əlavə 800 min artıq zəvvar qəbul edə biləcəklər. Bu isə əsas məscid olan Məscidül-Həramın sahəsinin böyüdülməsi ilə bağlı aparılan beş illik məhdudiyyətin aradan qaldırılmasından sonra mümkün olacaq. 

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı