2017-01-10 11:01

Türkiyədən Rusiyaya Karlovla bağlı böyük jest

Karlovun güllələndiyi salona adı verildi.

Türkiyənin paytaxtı Ankarada sui-qəsdə qurban gedən Rusiya səfiri Andrey Karlovla bağlı qərar verilib.

LiderXeber.az xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsinin yığıncağında A.Karlovun adının səfirliyin yerləşdiyi küçəyə verilməsi barədə qərar çıxarılıb.

Çankaya bələdiyyəsinin sədri Alpər Daşdələn Anadolu agentliyinə açıqlamasında bildirib ki, rusiyalı diplomatın öldürülməsi Türkiyə və Rusiya xalqları arasında böyük kədərə səbəb olub.

Onun sözlərinə görə, sui-qəsd iki ölkə münasibətlərinin pisləşməsinə yönəlib:

"Terror bütün insanlığa qarşı bir cinayətdir. Biz terrorçuları dininə və milliyətinə görə ayırmırıq. Bu zal Karlovu həmişə xatirlərdə yaşadacaq”.

Qeyd edək ki, həmin küçənin əvvəlki adı "Qaryağdı" idi.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı