2017-01-10 10:45

“Baku Bus”ın avtobusu qəza törətdi - Qadın öldü

Faktla bağlı araşdırma aparılır.

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.

LiderXeber.az Lent.az-a istinadən xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində "BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən "İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə "Nissan Qasqai” toqquşub.

Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı