2017-01-10 10:17

MTRŞ-dan “Yoxlama” ilə bağlı - Açıqlama

Milli Teleradio Şurası "ATV”-də kanalının "Yoxlama” verilişində 171 nömrəli orta məktəbdə baş verən qalmaqallı çəkilişə münasibət bildirib.

LiderXeber.az-ın xəbərinə görə, MTRŞ-nın Monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov "Qafqazinfo”ya açıqlmasında qeyd edib ki, verilişin əvvəlki buraxılışlarında hər hansı qanun pozuntusu qeydə alınmayıb: "Hazırda sözügedən məsələ ilə bağlı anons yayımlanıb. Hələ ki, efirə gedən anonsda da hər hansı problem yoxdur. Bu gün veriliş efirə getməlidir. Efirə getdikdən sonra təhlil edib nəticələri barədə ictimaiyyətə məlumat verəcəyik”.

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı