2017-01-10 09:23

Prezident kürəkənini yüksək vəzifəyə təyin edir

Tramp kürəkəninə yüksək vəzifə verir.

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın kürəkəni Cared Kuşner yeni Vaşinqton administrasiyasında baş müşavir vəzifəsini tutacaq. 

LiderXeber.az-ın xəbərinə görə, bu barədə CNBC telekanalı məlumat verib. Trampın özü bununla bağlı jurnalistlərin sualını cavablandırmayıb, yanvarın 11-də keçiriləcək mətbuat konfransını gözləməyi təklif edib.

Qeyd edək ki, sahibkar və milyonçu Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır. Yanvarın 10-da onun 36 yaşı tamam olacaq. 

Aylin Vəliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı