2017-01-09 17:52

Putin Trampla görüşə bilər

Rusiya və ABŞ arasında ən yüksək səviyyəli görüş Donald Trampın prezidentlik səlahiyyətlərinə başladıqdan sonra baş tuta bilər.

LiderXeber.az "Rİa Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. 

"Seçilmiş prezident vəzifəyə gəldikdən sonra səlahiyyətlərini icra etməlidir. Bundan sonra görüş barədə plan qurula bilər”, - deyə Peskov Putin və Tramp görüşü barədə danışarkən söyləyib. 

Xatırladaq ki, bu ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib. Trampın and içmə mərasimi yanvarın 20-indəbaş tutacaq.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı