2017-01-09 16:17

Sabah paytaxtın bu yerlərində qaz olmayacaq

Sabah saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Qaraçuxur" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

LiderXeber.az Trend-ə istinadən xəbər verir ki, aparılan işlərin Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı