2017-01-09 11:10

“Neftçi” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb

Pavel Dreksa “Neftçi”də 6 nömrəli forma ilə meydana çıxacaq

Antalyada hazırlığını davam etdirən "Neftçi” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

Klubdan LiderXeber.az-a bildiriblər ki, çexiyalı Pavel Dreksa növbəti 1 ildə komandamızın formasını geyinəcək.

Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarının şərəfini qorumuş 27 yaşlı müdafiəçi bunadək "Siqma”, "Banik” "Znoymo” və "Karvina” klublarında çıxış edib.

Pavel Dreksa "Neftçi”də 6 nömrəli forma ilə meydana çıxacaq.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı