2017-01-07 12:50

Bazar günü 14 dərəcə isti olacaq

Sabaha olan hava proqnozu açıqlanıb.

Sabah, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, bəzi yerlərdə duman, gecə çiskinli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən LiderXeber.az-a verilən məlumata görə, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-14 dərəcə, bəzi yerlərdə 17 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı