2017-01-07 10:48

Bu gün İmam Həsən Əsgərinin (ə) mövlud günüdür

Hicri-qəmər itarixi ilə bu gün rəbius-sani ayının 8-i müsəlmanların 11-ci imamı İmam Həsən Əgərinin mövlud günüdür

Hicri-qəmər itarixi ilə bu gün rəbius-sani ayının 8-i müsəlmanların 11-ci imamı İmam Həsən Əgərinin mövlud günüdür

LiderXeber.az xəbər verir ki, imam Həsən Əsgəri (ə) hicri-qəməri tarixi ilə 232-ci ilin rəbius-sani ayının 8-də anadan olub və 260-cı ilin rəbiul-əvvəl ayının 8-də şəhid edilib. 
 
İmam Həsən Əsgəri (ə) Ərəbistan Yarımadasının Mədinə şəhərində doğulub. Sonradan zalım Abbasi xəlifələri tərəfindən atası İmam Hadi ilə birlikdə İraqın Samirra şəhərinə sürgün edilib. Onun həyatı əsasən zalım hakimiyyətlərin nəzarəti altında keçib. Elə buna görə də o həzrətə "İmam Əsgəri" (hərbçilərin nəzarətində saxlanılan imam - red.) ləqəbi verilib. Dünyanı zülmdən xilas edəcək imam Mehdinin (ə) bu ailədə göz açacağını eşidənAbbasi xəlifələri imam Həsən (ə) və onun ailəsinə edilən təzyiqləri günbəgün artırıblar.
 
İmam Həsən Əsgərinin (ə) dini rəhbərliyi hicrətin 260-ci ili, yəni onun (ə) şəhid edildiyi vaxtadək davam edib. Şəhid edilən İmam Əsgəri (ə) elə evindəcə dəfn olunub.
 
Sevənləri Abbasi xəlifəsindən qorxduqları üçün onun məqbərəsini gizli şəkildə ziyarət etməyə başlayıblar.
 
Hicrətin 333-cü ilində Buveyhi hakimləri İmamın (ə)məqbərəsinin təmir edilib, ucaldılmağında əvəzsiz xidmət göstəriblər.
 
Tarix və hədis kitablarında İmamın (ə) məzarını ziyarət edənlər üçün çoxlu savab qeyd edilib.
 
Bildirək ki, imam Həsən Əsgərinin (ə) məqbərəsinə edilən hücumlara baxmayaraq, bu günlərdə o həzrətin ziyarətinə gedən zəvvarların ardı-arası kəsilmir və bu da görünür, İslam düşmənlərini hərəkətə keçməyə vadar edib. Tarixən imamların kinini qəlblərində saxlayan Yezidxislətli insanlar yenidən Peyğəmbər (s) nəslinə hücuma keçiblər.
 
Xatırladaq ki, 2006-ci ilin qışında və 2007-ci ildə iki imamın Samirradəki məqbərəsinə terror hücumu təşkil edilib. Təkfirçi və radikal sələfilərin təşkil etdikləri bu hücumda məqbərənin günbəzi tamamilə dağılıb, minarələrinə ciddi ziyan dəyib. Lakin imamsevərlər sədaqətlərini bir daha nümayiş etdirərək, məqbərəni əvvəlkindən də möhtəşəm şəkildə təmir ediblər.

Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı