2017-01-07 10:08

AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı məlum olub

Azərbaycana səfərin vaxtı məlum oldu

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-də Azərbaycana səfər edəcək.

LiderXeber.az xəbər verir ki, bu barədə Report-a AŞPA-nın mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsidir.

Səfər yanvarın 14-də yekunlaşacaq.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı