2017-01-06 14:47

İzmir terroruna görə 18 nəfər tutuldu

İzmirdəki terror aktı ilə əlaqədar 18 nəfər saxlanılıb.

İzmirdə törədilən terrorla əlaqədar indiyə kimi 18 nəfər saxlanılıb.

LiderXeber.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, İzmirdəki terror aktını PKK törədib: `Terrorçular təlimatı PKK-dan alıb. İzmirdə olmasına fərqli məna vermək istəyənlər də terrorizmə xidmət edir`.

Nazir əlavə edib ki, terrorçuların şəxsiyyətləri məlum olsa da, təhlükəsizlik məqsədilə açıqlanmayacaq: `Apardığımız araşdırma nəticəsində bəlli olub ki, partlayışdan sonra terrorçulardan biri binaya qumbaratandan atəş açacaqmış, digəri isə əl bombaları ilə binaya daxil olacaqdı. Tank əleyhinə olan bu qumbara 1,5 metrlik divarı dağıtmaq gücündədir. Terrorçuların bu planının qarşısını polis əməkdaşı Fethi Sekin alıb`.

Qeyd edək ki, yanvarın 5-də İzmirdə məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb. Partlayışdan sonra terrorçularla polislər arasında atışma olub./azvision/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı