2017-01-06 12:50

İranda zəlzələ: Ölənlər var

İranın cənubunda baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

İranın cənubunda baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

LiderXeber.az-ın məlumatına görə, zəlzələnin episentri Fars əyalətinin Xünc şəhəri yaxınlığında yerləşən Saifabad kəndində olub.

İlkin məlumatlara görə, ölənlərin hamısı yerli təsərrüfatlarda işləyən Əfqanıstan vətəndaşlarıdır. Xəsarət alanlardan biri də əfqanıstanlıdır.

Hazırda xəsarət alanlara yardım göstərilir, zəlzələnin nəticələrinin qiymətləndirilməsi prosesi gedir./report/

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı