2017-01-06 12:25

Tramp Azərbaycandakı səfirini geri çağırır

Prezident sərəncam imzaladı.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası innaqurasiyaya qədər bütün ölkələrdəki səfirlərinin geri çağırılması ilə bağlı sərəncam verib.

LiderXeber.az xəbər verir ki, bu barədə The New York Times amerikalı diplomatlara istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bu, ölkə tarixində ilk dəfə olaraq diplomatlara möhlət vermədən, həmçinin ehtiyac olub-olmadığı nəzərə alınmadan, plansız istefaya göndərilmələrini nəzərdə tutan qərar olacaq. Qərar ancaq Obama tərəfindən təyin edilən səfirlərə şamil olunacaq. Belə ki, XİN-də uzun müddətdir ki, çalışan diplomatlar vəzifələrinin icrasını davam etdirə biləcəklər. 

Diplomatların sözlərinə görə, sərəncamda qeyd edilir ki, bütün səfirlər istisnasız olaraq vəzifələrindən getməlidirlər. Bununla da, Vaşinqton bir neçə aylıq Almaniya, Kanada, Böyük Britaniya kimi vacib ölkələrdə diplomatlarsız qala bilər. 

Qeyd edək ki, qərarın ABŞ-ın Azərbaycandakı səfirinə də şamil olunacağı istisna olunmur. Bütün səfirlərin yanvarın 20-nə kimi geri çağırılması nəzərdə tutulub./qafqazinfo/

Günay Cəfərova

LiderXeber.az

 
SON XƏBƏRLƏR


Yuxarı