2017-01-06 10:39

Milyonlarla istifadəçi “WhatsApp”sız qalacaq

“WhatsApp” messengeri köhnəlmiş qurğularda işləməyəcək.

"WhatsApp” messengeri köhnəlmiş qurğularda işləməyəcək.

LiderXeber.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Express” jurnalında məlumat verilib.

Layihə müəlliflərinin sözlərinə görə, messenger "iPhone 3GS”, "Windows Phone 7”, "Android 2.1” və "Android 2.2” proqram təminatlı telefonlarda dəstəklənməyəcək. Bu proqram "Blackberry OS”, "Blackberry 10”, "Nokia S40” və "Nokia Symbian S60” mobil qurğularında iyunun 30-dək istifadə olunacaq.

Qeyd edək ki, "WhatsApp Messenger”də ödənişsiz videozənglərdən bütün dünyada milyonlarla insan istifadə edir.

Günay Cəfərova

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı